Türkiyədə daha 189 nəfər koronavirusdan vəfat edib

Türkiyədə daha 189 nəfər koronavirusdan vəfat edib
# 29 noyabr 2021 23:19 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 189 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 358 816 nəfər test edilib, onların 24 317-nin koronavirus testi pozitiv nəticə verib, 23 273 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 261 629 peyvənd tətbiq edilib ki, bunun 90,59 faizi birinci, 81,21 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR