Ukrayna Elmlər Akademiyası ölkə əhalisinin kəskin azalacağını proqnozlaşdırıb

Ukrayna Elmlər Akademiyası ölkə əhalisinin kəskin azalacağını proqnozlaşdırıb
# 03 dekabr 2021 13:57 (UTC +04:00)

XXI əsrin sonunda Ukrayna əhalisi 22 milyon nəfərə qədər azalacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna Elmlər Akademiyası məlumat yayıb.

Məlumatda Ukrayna əhalisinin sürətlə qocalması, ölüm hallarının doğum hallarını üstələməsi, cinsi tərkibin qadınların xeyrinə dəyişməsi və s. hallar ölkə əhalisinin azalmasında əsas faktorlar kimi göstərilib.

Ukrayna Elmlər Akademiyası əhalinin azalmasının qarşısını almaq üçün ölkəyə miqrantların kütləvi şəkildə cəlb olunmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR