Ukraynanın müdafiə naziri “Bayraktar” pilotsuz təyyarələr alacaqlarını bildirib

Ukraynanın müdafiə naziri “Bayraktar” pilotsuz təyyarələr alacaqlarını bildirib
# 13 noyabr 2021 01:16 (UTC +04:00)

Ukraynanın müdafiə naziri Aleksey Reznikov Donbasa səfərindən sonra bildirib ki, ölkənin hərbi arsenalının ehtiyacları üçün bir partiya “Bayraktar” pilotsuz təyyarələri alınacaq.

Naziri əlavə edib ki, pilotsuz təyyarələrdən istifadə heç bir razılaşmanı pozmur, çünki “Bayraktar” xarici pilotsuz təyyarə deyil.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə daha əvvəl Donbassda ilk dəfə “Bayraktar”dan istifadə etdiklərini açıqlamışdı.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynanın Donbassda “Bayraktar”dan istifadəsini çox təhlükəli oyun adlandırıb. O qeyd edib ki, rəsmi Kiyev bunun nəticələrini təsəvvür edə bilməz.

Bildirilib ki, Minsk razılaşmalarına əsasən, ATƏT missiyasının PUA-ları istisna olmaqla, Donbasda dronların istifadəsi qadağandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR