Ukraynanın müdafiə naziri istefa ərizəsini Radaya təqdim edib

Ukrayna müdafiə naziri Andrey Taran

© APA | Ukrayna müdafiə naziri Andrey Taran

# 02 noyabr 2021 22:32 (UTC +04:00)

Ukrayna müdafiə naziri Andrey Taran istefa ərizəsi yazıb.

APA xəbər verir ki, bu barədə hökumətin Ukrayna parlamentindəki nümayəndəsi Taras Melnıçuk “Telegram” kanalında bildirib.

O bildirib ki, nazir Andrey Taran istefa ərizəsini Ali Radaya təqdim edib.

Bildirilib ki, “Xalq qulluqçusu” fraksiyası müdafiə naziri postuna müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası məsələləri üzrə naziri Aleksey Reznikin namizədliyinin irəli sürülməsini dəstəkləyib.

Ukrayna mətbuatının yazdığına görə, prezident Vladimir Zelenski artıq Reznikovun namizədliyi ilə bağlı razılığa gəlib.

Dövlət başçısı bundan əvvəl hökumətdə kadr dəyişikliyi elan etsə də, konkret kimdən söhbətin getdiyini açıqlamayıb. Ukrayna mətbuatı mənbələrə istinadən yazıb ki, 5-ə qədər nazir dəyişdirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR