ÜST: “Omicron" ştamından ölüm qeydə alınmayıb”

ÜST: “Omicron" ştamından ölüm qeydə alınmayıb”
# 06 dekabr 2021 05:52 (UTC +04:00)

Yeni növ koronavirusun “Omicron” ştamından ölüm qeydə alınmayıb.

APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Kristian Lindmayer bildirib.

Lindmayerin sözlərinə görə “Omicron” artıq qırxadək ölkədə üzə çıxsa da, hələ ki ölüm və ağırlaşma ilə bağlı məlumat daxil olmayıb. Bununla belə, yeni ştamla bağlı daha dolğun məlumat üçün hələ bir neçə həftə gözləmək lazım gələcək. Məlumat bolluğu üçün ölkələrin daha çox test aparması zəruridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR