Virusoloq: "COVID-19-dan sağalmağa əmin olmaq üçün qandan analiz verilməlidir"

Virusoloq: "COVID-19-dan sağalmağa əmin olmaq üçün qandan analiz verilməlidir"
# 23 noyabr 2021 07:22 (UTC +04:00)

“COVID-19 xəstəsinin sağalmasına əmin olmaq üçün burun-udlaq hissədən götürülən yaxma çox vaxt dəqiq nəticə vermir”.

APA xəbər verir ki, bunu Novosibirsk Dövlət Universitetinin Təbiət Elmləri Fakültəsinin virusoloqu, elmləri doktoru Sergey Netesov mətbuata açıqlamasında bildirib.

Virusoloq əlavə edib ki, yaxma yalnız boğaz və udlaqdan götürüldüyü üçün patogen bədənin başqa yerində də ola bilər: “Bu üsul sözsüz ki, insanın koronavirus infeksiyasından sağalmasına 100 % zəmanət vermir. Buna əmin olmaq üçün yalnız bir müddət sonra təhlili təkrarlamaq və ya daha yaxşısı, qandan analiz verilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR