Gürcüstanda “25 fevral - birinci Gürcüstan Demokratik Respublikasının İşğal Günü”  qeyd edilib

Gürcüstanda “25 fevral - birinci Gürcüstan Demokratik Respublikasının İşğal Günü”  qeyd edilib
# 25 fevral 2013 17:47 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda “25 fevral - birinci Gürcüstan Demokratik Respublikasının İşğal Günü” qeyd edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflisin bir sıra küçə və prospektlərində tədbirlə bağlı yürüşlər təşkil olunub.

APA-nın məlumatına görə, baş nazir, parlamentin sədri, hökumət rəsmiləri və qanunvericilik üzvləri Gürcüstanın işğal günü qurbanlarının xatirəsinə hörmət olaraq, Tiflisdəki xatirə memorial abidəsi önünə əklil qoyublar.


Sonra Tiflis ali hərbi məktəbin müdavimləri ilə görüş keçirilib. Tədbirdə baş nazir Bidzina İvanişvili, parlament sədri David Usubaşvili, daxili işlər naziri İrakli Qaribaşvili, maliyyə naziri Nodar Xaduri və digər rəsmi çıxış ediblər.

Xatırladaq ki, 1921-ci il fevralın 11-də gürcü ordusu və XI Qızıl Ordu qüvvələri arasında Tiflis yaxınlığındakı Qocor və Tabaxmela kəndlərində şiddətli döyüş baş verib. Döyüşdə 510 nəfər müdavim və Milli Qvardiya döyüşçüləri 4 top və 6 pulemyot ilə müqavimət göstərərək, rus qoşunlarının qarşısını alıblar. Fevralın 24-də yenidən güclənərək, Tiflisə yaxınlaşan XI Qızıl Ordu Tiflisi işğal edib. Qərb ölkələri yeni yaradılan Gürcüstan Demokratik Respublikasına kömək göndərməyib. Yeni hökumət həmin gün ölkəni tərk edərək, mühacirətə köçüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR