Zaxarova Qərb mediasının Rusiyanın Ukraynanı işğala hazırlaşması ilə bağlı yazdıqlarını mifologem adlandırıb

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 22 noyabr 2021 14:53 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qərb kütləvi informasiya vasitələrinin Rusiyanın Polşa-Belarus sərhədindəki böhrandan Ukraynanın işğalına hazırlıq üçün istifadə etməsinə dair xəbərlərini tənqid edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb mətbuatının yazdıqlarını mifologem adlandırıb.

“Bu, bizim guya humanitar konvoylarda rus tankları göndərməyimiz barədə eşitdiyimiz mifologemlərdən növbətisidir. Rusiya ilə Ukraynanın cənub-şərqi arasında tikilmiş tunellər haqqında hekayələr... Bu da onlardan növbətisidir. Əgər faktlarınız varsa, göstərin, onda danışarıq. Əgər yoxdursa, o zaman Ukrayna ilə bağlı 7 ildir Qərb mətbuatında dolaşan əsası olmayan xəbərlər üzərində işləməyin vaxtı çatıb”, - M. Zaxarova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR