Zelenski dekabrın 1-də Ukraynada dövlət çevrilişi hazırlandığını bildirib - VİDEO

Volodimir Zelenski

© APA | Volodimir Zelenski

# 26 noyabr 2021 14:36 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 1-də ölkədə dövlət çevrilişinin baş verəcəyi barədə məlumat aldığını bəyan edib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, o, bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

V. Zelenski qeyd edib ki, Ukrayna və Rusiyanın bəzi nümayəndələri arasında iş adamı Rinat Axmetovun ölkədə çevrilişdə mümkün iştirakı ilə bağlı müzakirələr barədə məlumat var.

"Deyə bilərəm ki, bizdə təkcə kəşfiyyat məlumatları deyil, hətta audio məlumatlar da var. Ukraynadan olan nümayəndələr Rusiya nümayəndələri ilə Rinat Axmetovun Ukraynada çevrilişdə iştirakı və bunun üçün 1 milyard dollar cəlb etmək məsələsini müzakirə edirlər. Hesab edirəm ki, Rinat Axmetovun mahiyyətində bu var. Onu Ukrayna dövlətinə qarşı müharibəyə cəlb edirlər. Məncə, buna başlayıb. Lakin bu onun böyük səhvi olacaq, çünki siz öz xalqınıza, Ukrayna xalqının seçdiyi prezidentə qarşı mübarizə apara bilməzsiniz”, - deyə V. Zelenski bildirib.

O, Yanukoviç olmadığını, ölkədən qaçmayacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR