Gürcüstan-Türkiyə sərhədini qanunsuz keçmək istəyən üç erməni həbs olunub

Gürcüstan-Türkiyə sərhədini qanunsuz keçmək istəyən üç erməni həbs olunub
# 02 aprel 2007 13:26 (UTC +04:00)
Gürcüstan sərhəd polisi Türkiyə sərhədinin qanunsuz keçməyə cəhd göstərən üç Ermənistan vətəndaşını saxlayıb. Sərhəd Polisinin mətbuat xidmətindən APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, ermənilərin saxlanması üçün əməliyyat “Sarpi” sərhəd-miqrasiya məntəqəsində keçirilib. Sərhəd pozucuları Gürcüstandan Türkiyəyə qanunsuz keçmək istəyərkən saxlanıblar. İlkin məlumata görə, ermənilər Gürcüstan ərazisinə də Aşağı Zaramaq keçid məntəqəsindən gizli yolla daxil olublar. Saxlanan Ermənistan vətəndaşlarına qarşı cinayət işi başlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR