Amerikalı konqresmenlər Gürcüstana səfər edəcəklər

Amerikalı konqresmenlər Gürcüstana səfər edəcəklər
# 03 aprel 2007 08:37 (UTC +04:00)
Sabah ABŞ Konqresinin üzvlərindən ibarət nümayəndə heyəti Gürcüstana səfər edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, amerikalı konqresmenlər parlamentdə media nümayəndələri və deputatlarla görüşəcək. Aprelin 5-də isə konqresmenlərin müxalifət liderləri ilə görüşü nəzərdə tutulur. Nümayəndə heyətinin səfər proqramına hökumət rəsmiləri ilə görüş və Gürcüstanın mədəni-tarixi abidələri ilə tanışlıq daxildir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR