Nino Burcanadze: “İnqilab zamanı Ukraynada mövcud olan birliyin pozulması təəssüfləndiricidir”

Nino Burcanadze: “İnqilab zamanı Ukraynada mövcud olan birliyin pozulması təəssüfləndiricidir”
# 04 aprel 2007 14:03 (UTC +04:00)
“Biz Ukraynada baş verən prosesləri diqqətlə izləyirik. Ukraynada demokratiyanın inkişafı prosesinin ləngiməməsi üçün yaranmış böhranın yaxın zamanlarda həlli vacibdir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri Gürcüstan parlamentinin spikeri Nino Burcanadze ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdə səsləndirib. O, “məxməri inqilab” zamanı Ukraynada mövcud olan birliyin pozulmasından təəssüfləndiyini gizlətməyib: “Hesab edirik ki, Ukraynada problemlər sülh yolu ilə həll olunmalıdır”. Görüşdə iştirak edən konqresmen Devid Prays Ukraynada proseslərin Konstitusiyada nəzərdə tutulmuş mexanizmlər əsasında həll olunmasını vacib sayıb və Vaşinqtonun Ukraynanın daxili işlərinə qarışmaq istəmədiyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR