Nino Burcanadze: “Qazaxıstanın GUAM-a qoşulması bu qurumun əhəmiyyətini artıra bilər”

Nino Burcanadze: “Qazaxıstanın GUAM-a qoşulması bu qurumun əhəmiyyətini artıra bilər”
# 05 aprel 2007 11:32 (UTC +04:00)
O, Qazaxıstanın GUAM-a qoşulması ilə bağlı hər hansı danışıqlar aparması barədə məlumata malik olmadığını vurğulayıb. “Bu məsələ ilə bağlı danışıqların aparılması barədə məndə məlumat yoxdur. Təbii ki, Qazaxıstanın GUAM-a qoşulması ilə bu qurumun əhəmiyyəti daha da artmış olar”. Qeyd edək ki, Nino Burcanadze bu gün Gürcüstanda səfərdə olan Qazaxıstanın baş naziri Kərim Məsimovu qəbul edib. Görüşdə iki ölkə arasında iqtisadi tərəfdaşlıq məsələləri, o cümlədən enerji resurslarının daşınmasında əməkdaşlıq məsələsi müzakirə edilib. Kərim Məsimovu bu gün Gürcüstanın baş naziri Zurab Noğaydeli də qəbul edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR