Zurab Noqaideli: “Qazaxıstan Gürcüstan üçün bir nömrəli investor ölkə olacaq”

Zurab Noqaideli: “Qazaxıstan Gürcüstan üçün bir nömrəli investor ölkə olacaq”
# 05 aprel 2007 14:09 (UTC +04:00)
“Qazaxıstan Gürcüstan üçün bir nömrəli investor ölkə olacaq”. APA-nın Gürcüstan
bürosunun xəbərinə görə, Gürcüstanın baş naziri Zurab Noqaideli qazax həmkarı Kərim Məsimovla görüşündən sonra bu bəyanatla çıxış edib. O bildirib ki, 2006-cı ildə Qazaxıstan Gürcüstana sərmayə qoyuluşunun həcminə görə üçüncü ölkə olub: “Ötən il Qazaxıstan Gürcüstan iqtisadiyyatına 152,3 milyon dollar kapital qoyub. Biz hesab edirik ki, 2007-ci ildə bu ölkə Gürcüstan üçün bir nömrəli investora çevriləcək”. Baş nazirin sözlərinə görə, Batumi neft emalı zavodunun və Potidə taxıl anbarının tikintisində Qazaxıstan şirkətlərinin iştirakı vacibdir. O, Qazaxıstanı Gürcüstanın turizm sektoruna da kapital qoymağa çağırıb. K. Məsimov isə Bakıda başladığı məhsuldar danışıqları Tiflisdə davam etdirdiyini vurğulayıb: “Qazaxıstan yüklərin, taxılın, həmçinin enerji ehtiyatlarının Cənubi Qafqaz nəqliyyat dəhlizi ilə nəqlində maraqlıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR