Gürcüstan energetika nazirinin yeni müavini təyin olunub

Gürcüstan energetika nazirinin yeni müavini təyin olunub
# 07 aprel 2007 12:33 (UTC +04:00)
Gürcüstan energetika nazirinin müavini vəzifəsinə Serqo Mesxi təyin olunub. Bu baradə APA-nın Gürcüstan bürosuna nazir Nika Gilauri məlumat verib. Onun sözlərinə görə, S. Mesxi İri Vergiödəyiciləri İttifaqının rəhbəri olub.
Qeyd edək ki, əvvəlki nazir müavini Arçil Mamatelaşvili vəzifəsindən istefa verib. Nazirlikdə daha bir müavin postu hələlik boşdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR