Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılması prosesi bərpa edilib

Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılması prosesi bərpa edilib
# 12 aprel 2007 14:42 (UTC +04:00)
Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılması prosesi bərpa edilib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu gün Axalkələkdəki hərbi bazadan mühəndis və ağır texnika, həmçinin, “KamAZ” avtomaşınları yüklənmiş eşelon dəmir yolu ilə Rusiyanın Gümrüdəki (Ermənistan) bazasına yola salınıb.
Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında 2006-cı ildə imzalanmış razılaşmaya görə, Rusiya Axalkələkdəki bazadan Gümrüyə dəmir yolu ilə 5 hərbi eşelon göndərməlidir. Rusiyaya isə həmin bazadan 10 eşelon texnika göndərilməlidir. Bununla da, Axalkələkdəki hərbi baza 2007-ci ilin sonuna qədər ləğv olunmalıdır. Bununla yanaşı, iki ölkənin Xarici İşlər nazirlikləri arasında 2006-cı il mayın 31-də imzalanmış müqaviləyə görə, 2008-ci ilin sonunadək Rusiya Batumidəki hərbi bazasını da Gürcüstan ərazisindən çıxarmalıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR