Polşa prezidenti Lex Kaçinski Gürcüstanda səfərdədir

Polşa prezidenti Lex Kaçinski Gürcüstanda səfərdədir
# 16 aprel 2007 08:29 (UTC +04:00)
Polşa prezidenti Lex Kaçinskinin Gürcüstana rəsmi səfəri başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Polşa prezidenti Tiflisə dünən axşam gəlib. Lex Kaçinskinin səfər proqramına prezident Mixail Saakaşvili və spiker Nino Burcanadze ilə görüş daxildir. Tərəflər danışıqlarda əsasən Gürcüstanla Polşa arasında ikitərəfli əməkdaşlıq məsələləri, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prosesi müzakirə olunacaq. Bundan başqa Lex Kaçinski və Mixail Saakaşvili Polşa, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna dövlət başçılarının iştirakı ilə Varşavada keçiriləcək enerji sammitinə hazırlıq prosesini də müzakirə edəcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR