NATO Parlament Assambleyası Gürcüstanın quruma üzvlüyünü dəstəkləyir

NATO Parlament Assambleyası Gürcüstanın quruma üzvlüyünü dəstəkləyir
# 18 aprel 2007 14:40 (UTC +04:00)
NATO Parlament Assambleyası Gürcüstanın quruma inteqrasiyasının dəstəkləyir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu assambleyanın prezidenti Xose Lelo Gürcüstan parlamentinin sədri Nino Burcanadze və bu ölkənin NATO PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşündə deyib. O, Gürcüstanın NATO-ya inteqrasiya yolunda əldə etdiyi nailiyyətlərdən məmnun olduğunu bildirib. Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Kote Qabaşvili isə NATO PA-nın aprelin 19-da Tiflisdə keçirəcəyi seminarın önəminə toxunub. Onun sözlərinə görə, bu fakt alyansın Gürcüstana olan siyasi dəstəyinin göstəricisidir. Qeyd edək ki, sabah Tiflisdə başlayacaq “Rouz-Rout” seminarı üç gün davam edəcək. Seminarın açılışında prezident Mixail Saakaşvilinin çıxışı nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR