Zurab Noğaydelinin ürəyində cərrahiyyə əməliyyatı aparılıb

Zurab Noğaydelinin ürəyində cərrahiyyə əməliyyatı aparılıb
# 20 aprel 2007 09:10 (UTC +04:00)
Hyustonun Müqəddəs Luka klinikasında Gürcüstanın baş naziri Zurab Noğaydelinin ürəyində cərrahiyyə əməliyyatı aparılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, məşhur amerikalı cərrah Çarlz Freyzerin həyata keçirdiyi əməliyyat uğurla başa çatıb. Əməliyyat zamanı Zurab Noğaydelinin ürəyinin klapanları dəyişdirilib. Qeyd edək ki, ABŞ-da səfərdə olan baş nazirin səhhəti pisləşib və o, aprelin 17-də xəstəxanaya aparılıb. Həkimlər baş nazirə “ürək klapanlarının zədələnməsi” diaqnozu qoyublar. Ürək klapanının dəyişdirilməsi əməliyyatı 8 saat davam edib, Noğaydeli iki gün reanimasiyada qalacaq. Həkimlər Noğaydelinin 12 gündən sonra xəstəxanadan evə buraxılacağını və Gürcüstana qayıdacağını bildirirlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR