Cənubi Osetiyanın de-fakto lideri Dmitri Sanakoev: “Ermənilər özlərində cəsarət taparaq danışıqlar masası arxasında əyləşməlidir”

Cənubi Osetiyanın de-fakto lideri Dmitri Sanakoev: “Ermənilər özlərində cəsarət taparaq danışıqlar masası arxasında əyləşməlidir”
# 20 aprel 2007 11:37 (UTC +04:00)
“Erməni tərəfi özündə cəsarət taparaq Dağlıq Qarabağa münaqişəsinin nizamlanmasına dair danışıqlar masası arxasında əyləşməlidir”. Bu eksklüziv açıqlamanı APA-nın Gürcüstan bürosuna Cənubi Osetiyanın de-fakto lideri Dmitri Sanakoev verib. O, Dağlıq Qarabağa münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. “Münaqişənin dinc yolla nizamlanmasından sonra ermənilərə Dağlıq Qarabağ ərazisində geniş muxtariyyət verilməlidir. Lakin problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. Qeyd edək ki, Dmitri Sanakoev Cənubi Osetiyada keçirilən alternativ prezident seçkilərində qalib gəlib. Gürcüstan prezidenti Mixail Saakaşvili Sxinvali regionunda müvəqqəti Cənubi Osetiya administrasiyası yaratmaq təşəbbüsü ilə çıxış edib, bu administrasiyaya Dmitri Sanakoev rəhbərlik edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR