Gürcüstan başsız qalıb

Gürcüstan başsız qalıb
# 25 aprel 2007 07:57 (UTC +04:00)
Gürcüstanda analoqu olmayan vəziyyət yaranıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, üç yüksək vəzifəli şəxs prezident, baş nazir və parlamentin sədri ölkə xaricindədir. Mixail Saakaşvili Böyük Britaniyada rəsmi səfərdə, Nino Burcanadze Boris Yeltsinin dəfn mərasimində iştirak etmək məqsədilə Moskvada, Zurab Noqaideli isə ABŞ-da müalicədədir. Prezident Dəftərxanası aparatının rəhbəri Petre Mamradze bildirib ki, Konstitusiyada prezident, baş nazir və parlament sədrinin eyni anda ölkədə olmadığı zaman dövlət başçısı səlahiyyətlərinin kimə keçdiyi barədə müddəa yoxdur: “İndiyədək belə bir vəziyyət yaranmamışdı”. N. Burcanadze bu gün axşam, M. Saakaşvili aprelin 26-da, Z. Noqaideli isə 10 gündən sonra Tiflisə qayıdacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR