Gürcüstanın baş naziri Zurab Noğaydeli xəstəxanadan evə buraxılıb

Gürcüstanın baş naziri Zurab Noğaydeli xəstəxanadan evə buraxılıb
# 30 aprel 2007 15:48 (UTC +04:00)
Gürcüstanın baş naziri Zurab Noğaydeli müalicə olunduğu Hyuston ştatının Müqəddəs Luka xəstəxanasından evə buraxılıb. Baş naziri protokol xidmətinin rəhbəri Qiya Zurabişvilinin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, Zurab Noğaydelinin səhhəti normallaşıb və həkimlər onun yaxın 4-5 gün ərzində Gürcüstana qayıda biləcəyini qeyd ediblər. Tiflisə qayıtdıqdan sonra Zurab Noğaydeli öz fəaliyyətini adi iş rejimində davam etdirəcək. Amerikalı həkimlər baş nazirə hər 6-8 aydan bir ABŞ-a gələrək müayinədən keçməyi məsləhət görüblər. Qeyd edək ki, aprelin 15-də Gürcüstan hökumət başçısının ürəyində koronar-şuntlama əməliyyatı keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR