Gürcüstanda mavi yanacağın qiyməti 1,5 dəfə bahalaşıb

Gürcüstanda mavi yanacağın qiyməti 1,5 dəfə bahalaşıb
# 01 may 2007 15:18 (UTC +04:00)
Gürcüstan Energetikanın Tənzimlənməsi üzrə Milli Komissiyası istehlakçılara satılan mavi yanacağın qiymətinin mayın 1-dən etibarən 1,5 dəfə qaldırılması barədə qərar qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni tarif cədvəlinə əsasən, əhali qrupu abonentlər istifadə etdiklərin mavi yanacağın hər kubmetrinə görə 30,6 sent ödəyəcəklər. Komissiya bölgələr üzrə satılan qazın qiymətini fərqli müəyyənləşdirib. Qərara əsasən, Qori əhalisi hər kubmetr qaz üçün 33,11 sent, Saçxer sakinləri isə 29,34 sent ödəyəcəklər. Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti yanvarın 1-dən etibarən Gürcüstana satılan qazın hər min kubmetrinin qiymətini 110 dollardan 235 dollara qaldırıb. Gürcüstan Rusiyadan başqa Azərbaycandan da qaz idxal edir. Ölkənin mavi yanacağa olan gündəlik tələbatı 1,3 milyon kubmetrdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR