Corc Buş İraqa əlavə 2000 hərbçi göndərdiyi üçün Gürcüstan hökumətinə təşəkkür edib

Corc Buş İraqa əlavə 2000 hərbçi göndərdiyi üçün Gürcüstan hökumətinə təşəkkür edib
# 02 may 2007 13:38 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş Gürcüstan hökumətinə İraqa əlavə olaraq 2 min nəfərlik hərbi kontingent göndərdiyinə görə təşəkkür edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Florida ştatında “Makdill” hərbi bazasında əsgərlər qarşısında çıxış edən Corc Buş bildirib ki, Gürcüstan hökumətinin bu qərarının yüksək qiymətləndirir: “Bu gün İraqda həyata keçirilən hərbi əməliyyatları 30-a yaxın dövlət dəstəkləyir. Mən İraqa hərbi kontingent göndərən və ya İraq ordusuna təlim keçən 17 NATO ölkəsinə də xüsusi təşəkkür edirəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR