Gürcüstan özünün hasil etdiyi nefti ilk dəfə beynəlxalq bazara çıxarıb

Gürcüstan özünün hasil etdiyi nefti ilk dəfə beynəlxalq bazara çıxarıb
# 05 may 2007 09:46 (UTC +04:00)
Gürcüstan özünün hasil etdiyi 16 min ton nefti ilk dəfə beynəlxalq bazara çıxarıb. APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, neft Norveçin “Kanargo energi” şirkəti ilə müştərək proqram çərçivəsində Gürcüstanın şərqindəki bir yataqdan hasil olunub. Neftin tərkibi “Brent” markalı neftin tərkibinə uyğundur. Ötən il ölkədə təqribən 63 min ton neft hasil edilib. “Kanargo energi” Tiflis yaxınlığındakı Kumisi yatağında təbii qaz axtarışı ilə də məşğul olur və işin bu ilin iyul ayında başa çatdırılacağı bildirilir. Bu yataqdan qaz tapılarsa, Gürcüstan həmin şirkətdən qazın min kubmetrini 55 dollara alacaq. Seysmologiya Xidmətinin ilkin məlumatına görə, Kumisi yatağında qaz ehtiyatı 25-30 milyard kubmetr həcmindədir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR