Zurab Noğaydeli bu gündən səlahiyyətlərinin icrasına başlayacaq

Zurab Noğaydeli  bu gündən səlahiyyətlərinin icrasına başlayacaq
# 07 may 2007 10:37 (UTC +04:00)
ABŞ-da ürəyində koronar-şuntlama əməliyyatı keçirilmiş Gürcüstanın baş naziri Zurab Noğaydeli dünən axşam Tiflisə qayıdıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aeroportda jurnalistlərə heç bir açıqlama verməyən Noğaydeli bu gündən etibarən səlahiyyətlərinin icrasına başlayacaq. Qeyd edək ki, iki həftə əvvəl Hyustonun Müqəddəs Luka klinikasında Gürcüstanın baş naziri Zurab Noğaydelinin ürəyində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat zamanı Zurab Noğaydelinin ürəyinin klapanları dəyişdirilib. Ürək klapanının dəyişdirilməsi əməliyyatı 8 saat davam edib, Noğaydeli iki gün reanimasiyada qalacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR