Gürcüstan Rusiyaya məxsus hərbi təyyarələrin ölkənin hava sərhədlərini pozması barədə bəyanat yayıb

Gürcüstan Rusiyaya məxsus hərbi təyyarələrin ölkənin hava sərhədlərini pozması barədə bəyanat yayıb
# 11 may 2007 08:55 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bəyanatda sərhədlərin pozulması faktının Rusiya ilə həmsərhəd olan Kazbek rayonunda qeydə alındığı bildirilir. Rəsmi Tiflis iddia edir ki, Rusiya təyyarələri Gürcüstan ərazisinə doğru 4 km irəliləyib.
Lakin Rusiya Hərbi Hava Qüvvələri Gürcüstan XİN-in bəyanatını təkzib edib. Rəsmi Tiflisin iddialarının əsassız olduğunu qeyd edən Rusiya tərəfi obyektiv araşdırma üçün Gürcüstana lazımi materialları təqdim edə biləcəyini də bəyan edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR