ABŞ-ın qəti mövqeyi belədir ki, Gürcüstanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır

ABŞ-ın qəti mövqeyi belədir ki, Gürcüstanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır
# 11 may 2007 12:51 (UTC +04:00)
ABŞ Cənubi Osetiya probleminin sülh yolu ilə həllini istəyir və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak deyib. Rəsmi Tiflisin Cənubi Osetiyaya rəhbər təyin etməsi ilə bağlı sualı cavablandıran Ş. Makkormak osetinləri Gürcüstan hökuməti ilə dialoqa səslədiklərini bildirib: “Siyasi fikir ayrılıqlarını siyasi yolla həll etmək lazımdır. Biz qəti olaraq o mövqedəyik ki, Gürcüstanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”. Xatırladaq ki, Gürcüstan parlamenti Dmitri Sanokayevi Cənubi Osetiyadakı müvəqqəti idarəçiliyin rəhbəri təyin edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR