Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili yeni partiya yaradır

Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili yeni partiya yaradır
# 17 may 2007 07:32 (UTC +04:00)
Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili gələn həftə Şida Kartli rayonuna səfəri zamanı yeni partiya yaradacağını elan edə bilər. APA-nın Gürcüstanın bürosunun məlumatına görə, yeni partiyanın ofisi partiarxlıq ərazisində yerləşəcək. Etibarlı mənbənin məlumatına görə, İrakli Okruaşvili müdafiə naziri vəzifəsindən istefa verdikdən sonra üç dəfə prezident Saakaşvili ilə görüşüb. Saakaşvili sabiq nazirə baş nazir postunu təklif etsə də, Okruaşvili bu təklifi qəbul etməyib. İrakli Okruaşvilini tərəfdarları bildirib ki, sabiq müdafiə nazirinin yaradacağı partiya müxalif mövqedən çıxış edəcək. Partiya təsis olunduqdan sonra onun sıralarına hakim partiyanın bəzi nüfuzlu şəxslərinin də daxil olacağı gözlənilir. Hazırda həmin şəxslərlə danışıqlar davam edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR