Quram Şaradzenin qətlində ittiham edilən şəxs mərhumun oğlu ilə birlikdə çalışıb

Quram Şaradzenin qətlində ittiham edilən şəxs mərhumun oğlu ilə birlikdə çalışıb
# 21 may 2007 12:02 (UTC +04:00)
“XXI əsr Dil, Vətən, İnam” ictimai hərəkatının lideri, akademik Quram Şaradzenin qətlində ittiham edilən Georgi Barateli hazırda qaldığı Tiflis Dövlət Universitetindən klinikasından təcridxanaya köçürüləcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, sui-qəsddən sonra yaxalanan Q. Şaradze yaralı halda patrul polisi tərəfindən klinikaya aparılıb. Onun qaldığı palata polis tərəfindən ciddi mühafizə olunur. Həkimlər G. Baratelinin konkret nə vaxt təcridxanaya köçürüləcəyi haqda məlumata malik deyillər.
Xatırladaq ki, akademik Q. Şaradze mayın 20-də axşam Tiflisdə qətlə yetirilib. Qətldə ittiham olunan G. Barateli 1977-ci il təvəllüdlüdür. O, Q. Şaradzenin oğlu ilə bir yerdə işləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR