“İrəli, Gürcüstan!” siyasi hərəkatının lideri İrakli Batiaşvili 7 il müddətinə azadlıqdan məhrum edilib

“İrəli, Gürcüstan!” siyasi hərəkatının lideri İrakli Batiaşvili 7 il müddətinə azadlıqdan məhrum edilib
# 23 may 2007 13:06 (UTC +04:00)
Tiflis şəhər məhkəməsi “İrəli, Gürcüstan!” siyasi hərəkatının liderlərindən İrakli Batiaşvilini 7 il müddətinə azadlıqdan məhrum edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflis şəhər məhkəməsinin hakimim Maya Tetraulinin elan etdiyi qərar məhkəmə zalında olan siyasətçilər və qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən narazılıqla qarşılanıb. Onlar zalda “İrakli Batiaşvili - siyasi məhbusdur” sözləri yazılmış plakatlar qaldırıblar. Polis plakatları siyasətçilərin əlindən alıb və onları zaldan çıxarıb. Qeyd edək ki, İrakli Batiaşvili dünəndən aclıq aksiyasına başlayıb və ədalət bərqərar olmayana kimi aksiyanı dayandırmayacağını bildirib. Qeyd edək ki, “İrəli, Gürcüstan” hərəkatının lideri ötən il iyulun 29-da həbs olunub. O, Gürcüstan prezidentinin Kodor dərəsi üzrə sabiq səlahiyyətli nümayəndəsi, dövlət çevrilişinə cəhddə ittiham olunan Emzar Kviçianiyə dəstək verməkdə suçlandırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR