Saakaşvili MDB dövlət başçılarının qeyri-formal sammitinə qatılmaqda tərəddüd edir

Saakaşvili MDB dövlət başçılarının qeyri-formal sammitinə qatılmaqda tərəddüd edir
# 23 may 2007 15:32 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili iyunun 10-da Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-formal sammitinə qatılmaq qərarını hələlik verməyib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hökumətin bu gün keçirilən toplantısından sonra jurnalistlərə açıqlama verən xarici işlər naziri Gela Bejuaşvili prezident Saakaşvilini sammitə rəsmi şəkildə dəvət olunduğunu deyib. Onun sözlərinə görə, Gürcüstan tərəfi prezident sammitə qatılacağı təqdirdə qarşı tərəfdən Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil olunmasını istəyib. Bejuaşvili bildirib ki, prezident Saakaşvili sammitə qatılmaq barədə qərar qəbul etsə, bu qərar mətbuata və ictimaiyyətə açıqlanacaq: “Əgər prezident Putinlə görüş baş tutsa, o zaman prezident iki ölkə arasında katual problemləri, o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə edəcək”. Qeyd edək ki, Mixail Saakaşvilinin sabah Kiyevə iki günlük işgüzar səfəri nəzərdə tutulsa da, bu səfər mayın sonuna kimi təxirə salınıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR