Tiflisdəki Rusiya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini bərpa edib

Tiflisdəki Rusiya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini bərpa edib
# 29 may 2007 08:33 (UTC +04:00)
Rusiyanın Gürcüstandakı səfirliyi bu ölkə vətəndaşlarına viza verilməsini bərpa edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Rusiya səfiri Vyaçeslav Kovalenko 8 ay əvvəl dayandırılmış prosedurun qismən bərpa edildiyini açıqlayıb. Onun sözlərinə görə, 8 ay ərzində viza yalnız ciddi ehtiyaclar üçün verilib. Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili Rusiya tərəfinin qərarını alqışlayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR