Mixail Saakaşvili Ukraynaya gedib

Mixail Saakaşvili Ukraynaya gedib
# 06 iyun 2007 10:37 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Ukraynaya işgüzar səfərə gedib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, səfər zamanı o, ukraynalı həmkarı və yaxın dostu Viktor Yuşşenko ilə görüşəcək. Hər iki prezidenti Kiyevdə Şota Rustavelinin abidəsinin açılışına da qatılacaq. M. Saakaşvilinin səfəri sabah başa çatacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR