Gürcüstan Xarici İşlər Nazirliyi David Qareci monastırına dair danışıqlar barədə müxalifəti məlumatlandırıb

Gürcüstan Xarici İşlər Nazirliyi David Qareci monastırına dair danışıqlar barədə müxalifəti məlumatlandırıb
# 07 iyun 2007 14:08 (UTC +04:00)
Gürcüstan xarici işlər nazirinin müavini, dövlət sərhədlərinin delimitasiya və demarkasiyası komissiyasının sədri Georgi Mandcqaladze parlamentin müxalifət fraksiyalarını David Qareci monastırı ətrafında vəziyyətlə bağlı məlumatlandırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir müavininin müxalifət təmsilçiləri ilə görüşü qapalı keçirilir və görüşə XİN təmsilçiləri ilə yanaşı Sərhəd Polisinin və Gürcüstan ruhani dairələrinin nümayəndələri qatılıblar. “Demokratik cəbhə” fraksiyasının liderlərindən Zviad Ciciquri APA-nın Gürcüstan bürosuna bildirib ki, hökumət danışıqlar barədə müxalifəti məlumatlandıracağı barədə onlara əvvəldən xəbər göndərib. “Əsas məsələ odur ki, sərhəd problemləri Gürcüstanın maraqları baxımından həllini tapsın”. İclasa qatılmazdan əvvəl jurnalistlərə açıqlama verən Georgi Mandcqaladze bildirib ki, görüşdə müxalifət təmsilçilərini Azərbaycanla Gürcüstan sərhədlərinin delimitasiyasına dair danışıqların gedişi barədə geniş məlumat veriləcək. O, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası komissiyalarının növbəti iclasının iyul-avqust aylarında keçiriləcəyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR