Tiflisdəki “Şeraton” oteli 67,5 milyon dollara ərəblərə satılıb

Tiflisdəki “Şeraton” oteli 67,5 milyon dollara ərəblərə satılıb
# 08 iyun 2007 16:48 (UTC +04:00)
Tiflisdəki “Şeraton” oteli 67,5 milyon dollara bir ərəb şirkətinə satılıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, hərracda iki İsrail, bir gürcü, ingilis, yunan, ərəb şirkətləri və Hindistandan olan bir iş adamı iştirak edib. İlkin qiymət 25 milyon dollar olub. Gürcüstanın iqtisadi inkişaf naziri Georgi Arveladze bildirib ki, düzgün olmayan idarəçilik nəticəsində Tiflisin ən prestijli otelinin 101 milyon avro borcu yaranıb və mehmanxana iflas həddinə çatıb. “Şeraton”un səhmlərinin 85 faizi Tiflis bələdiyyəsinə, 15 faizi isə Avstriyanın “Bauzbek” firmasına məxsus olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR