Gürcüstanın şərq hissəsi və paytaxt Tiflis iki saat işıqsız qalıb

Gürcüstanın şərq hissəsi və paytaxt Tiflis iki saat işıqsız qalıb
# 09 iyun 2007 08:56 (UTC +04:00)
Gürcüstanın şərq hissəsi və paytaxt Tiflisin elektrik enerjisi ilə təminatında ciddi problemlər yaranıb. Energetika naziri Nika Gilaurinin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, dünən yerli vaxtla 21.00-da “İnquri SES”də ciddi qəza baş verib, bu səbəbdən də ölkənin bir hissəsinə elektrik enerjisi verilməsi dayandırılıb. Qəza nəticəsində “Kartli-2” elektrik ötürücüsü sıradan çıxıb, bu xəttə bağlı olan Şərqi Gürcüstan işıqsız qalıb. Tiflisdə isə metro və digər strateji obyektlərə elektrik enerjisi verilməyib. Yalnız iki saat yarımdan sonra qəza qismən aradan qaldırılıb və Tiflisin bəzi məhəllələrinə enerji verilməsinə başlanılıb. Qeyd edək ki, iki gün əvvəl “İmereti” elektrik ötürücüsündə baş verən qəza nəticəsində Gürcüstanın biz hissəsi işıqsız qalmışdı. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR