Gürcüstan sərhədçiləri Azərbaycana keçmək istəyən iki Rusiya vətəndaşını saxlayıb

Gürcüstan sərhədçiləri Azərbaycana keçmək istəyən iki Rusiya vətəndaşını saxlayıb
# 12 iyun 2007 12:04 (UTC +04:00)
Gürcüstan sərhədçiləri “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsində Azərbaycan ərazisinə keçmək istəyən iki Rusiya vətəndaşını saxlayıblar. APA-nın məlumatına görə, sənədlərin yoxlanışı zamanı Rusiya vətəndaşlarının Gürcüstan ərazisində Cənubi Osetiyadan keçərək daxil olduğu müəyyənləşib. Hər iki şəxs pasport rejimini pozduqlarına görə, ölkə ərazisindən kənara buraxılmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR