Marneulidə Azərbaycan dilində radio verilişləri yayımlanacaq

Marneulidə Azərbaycan dilində radio verilişləri yayımlanacaq
# 14 iyun 2007 09:33 (UTC +04:00)
Azərbaycanlıların kompakt şəkildə yaşadığı Gürcüstanın Marneuli rayonunda Azərbaycan dilində radio verilişləri yayımlanmağa başlayacaq. Layihənin rəhbəri Lia Şakunaşvilinin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, Marneuli radiosu iyulun ortalarından fəaliyyətə başlayacaq. Lisenziya alınana qədər radionun səs gücləndiricilər vasitəsi ilə yayımlanması nəzərdə tutulur. Səs gücləndiricilərdən biri rayon mərkəzində, o birisi isə yeni açılmış parkda yerləşdiriləcək. Hal-hazırda Marneuli radiosunun kollektivi BBC radiosunun köməkliyi ilə verilişlər hazırlamağa başlayıb. Radionun kollektivi əsasən könüllülər hesabına formalaşıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR