Gürcüstanda MSK sədri postuna sədr seçilmək üçün müsabiqə elan edilib

Gürcüstanda MSK sədri postuna sədr seçilmək üçün müsabiqə elan edilib
# 11 sentyabr 2007 11:38 (UTC +04:00)
Gürcüstan Mərkəzi Seçki Komissiyası sədri postuna seçilmək üçün müsabiqə elan olunub. APA-nın məlumatına görə, prezident Mixail Saakaşvilinin sərəncamına əsasən, sənədlərin qəbulu üçün iki həftə vaxt müəyyənləşib. Dövlət Dəftərxanasında yaradılan xüsusi komissiya daxil olan sənədləri araşdıraraq münasib 3 nəfərin namizədliyini prezidentə təqdim edəcək. MSK sədri olmaq istəyən şəxslər dövlət dilini yüksək səviyyədə bilməli, ən azı 3 il iş təcrübəsinə malik olmalı, Mərkəzi Seçki Komissiyasından sertifikat almalı, partiya üzvü olmamalı, yaşı 25-dən yuxarı olmalıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR