Gürcüstanın xarici işlər naziri ABŞ-da səfərdədir

Gürcüstanın xarici işlər naziri ABŞ-da səfərdədir
# 12 sentyabr 2007 09:47 (UTC +04:00)
ABŞ-da səfərdə olan Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili sentyabrın 11-də dövlət katibi Kondoliza Raysla görüşüb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, görüşdə ikitərəfli münasibətlər, regiondakı vəziyyət və Gürcüstanın avroatlantik məkana inteqrasiyası müzakirə edilib. K. Rays ABŞ-ın Gürcüstanın avroatlantik qurumlara üzvlüyünə dəstək verdiyini bildirib. G. Bejuaşvili müdafiə naziri Robert Geytslə də görüşüb. Görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR