Gürcüstan Baş Prokurorluğu ölkədə cinayətlərin azaldığını bildirib

Gürcüstan Baş Prokurorluğu ölkədə cinayətlərin azaldığını bildirib
# 13 sentyabr 2007 09:09 (UTC +04:00)
Gürcüstan prokurorluğu ölkədə cinayətlərin azaldığını bildirib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Gürcüstan Baş Prokurorluğunun açıqlamasında bildirilir ki, bu ilin altı ayı ərzində Gürcüstanda 29687 cinayət qeydə alınıb. Bu isə ötən ilin ilk 6 ayına nisbətən 4,6% azalma deməkdir. Analoji göstərici keçən ilin ilk yarısında 31104 olub.
Keçən ilə nisbətən bu il ağır cinayətlərin də sayı azalıb. 2006-cı ilin ilk yarısında bu göstərici 17283 idisə, bu il bu göstərici 6478-dir. Prokurorluğun məlumatına görə, 2007-ci ilin 6 ayı ərzində ötən ilə nisbətən adam öldürmə 2,4%, bədənə ağır xəsarət yetirmə 61,8%, oğurluq 27,9%, banditlik 30,9%, xuliqanlıq isə 28,8% azalib.
Kriminal xronikada yeganə artım narkotik cinayətlərində qeydə alınıb. Belə ki, narkotik cinayətlərinin göstəricisi ötən il 1190 idisə, bu il analoji göstərici 3 dəfədən də çox artaraq 3713 olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR