Gürcüstanın Şida Kartli bölgəsinin qubernatoru istefaya göndərilib

Gürcüstanın Şida Kartli bölgəsinin qubernatoru istefaya göndərilib
# 13 sentyabr 2007 10:11 (UTC +04:00)
Gürcüstanın Şida Kartli bölgəsinin qubernatoru Mixail Kareli bu gün vəzifəsindən uzaqlaşdırılıb. APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın baş naziri Zurab Noqaideli açıqlama verib. Baş nazir bildirib ki, bu addım prezident Mixail Saakaşvili ilə məsləhətləşmədən sonra atılıb. Buna səbəb onun sentyabrın 12-də maliyyə polisinin Qori rayon İcra Hakimiyyəti binasında həyata keçirdiyi xüsusi əməliyyata maneçilik törətməsi olub.
Qeyd edək ki, dünən maliyyə polisi Qori RİH başçısını və onun müavinlərini dövlət malını mənimsəməkdə günahlandıraraq saxlayıb. Vəzifəsindən uzaqlaşdırılan M. Kareli Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilinin tərəfdaşlarından olub. O, İ. Okruaşvilinin vəzifədə olan yeganə dostu sayılırdı. Yaxın zamanda Şida Kartliyə Gürcüstan prezidenti tərəfindən yeni qubernator təyin ediləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR