Axalkalakidə yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Axalkalakidə yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb
# 14 sentyabr 2007 11:28 (UTC +04:00)
Sentyabrın 13-də Axalkalakidə yanacaqdoldurma məntəqəsində partlayış baş verib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, nəticədə 3 nəfər ölüb, 2 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. İlkin versiyaya görə, partlayış qaz balonunun partlamasından baş verib. Hazırda yaralı olan 55 yaşlı Timur Beqoyan Tiflis Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun həyatının qurtarılma şansını minimum qiymətləndirirlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR