Gürcüstan İraqdakı hərbi kontingentini tamamilə çıxarmaq niyyətindədir

Gürcüstan İraqdakı hərbi kontingentini tamamilə çıxarmaq niyyətindədir
# 14 sentyabr 2007 13:27 (UTC +04:00)
Gürcüstan İraqdakı hərbi kontingentini bir il ərzində tamamilə çıxarmaq niyyətindədir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu bəyanatı ölkənin müdafiə naziri David Kezeraşvili verib. Gürcüstanın İraqdakı hərbi kontingenti sayına görə ABŞ və Böyük Britaniya qoşunlarından sonra üçüncüdür. Hazırda İran-İraq sərhədində 2 minə yaxın gürcü əsgəri növbə çəkir. Gürcüstan müxalifəti dəfələrlə hərbçilərin İraqdan çıxarılmasını tələb edərək hakimiyyəti onların həyatını təhlükəyə atmaqda günahlandırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR