Gürcüstanın baş naziri avtomobil qəzasına düşüb

Gürcüstanın baş naziri avtomobil qəzasına düşüb
# 24 sentyabr 2007 07:50 (UTC +04:00)
Gürcüstanın baş naziri Zurab Noqaideli avtomobil qəzasına düşüb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, hadisə bazar günü axşam Tiflis yaxınlığında bağ evlərinin yerləşdiyi Sxneti qəsəbəsində baş verib. Z. Noqaidelinin avtomobili mikroavtobusla toqquşub. Olay zamanı zərər çəkən olmayıb. Baş naziri başqa avtomobillə yoluna davam edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR