Gürcüstan ərazisində təxribat törətmək istəyərkən yaxalanan abxaziyalı separatçılardan 3-ü ermənidir

Gürcüstan ərazisində təxribat törətmək istəyərkən yaxalanan abxaziyalı separatçılardan 3-ü ermənidir
# 24 sentyabr 2007 08:32 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, yaxalanan 7 separatçıdan 3-ü ermənidir. Suren Dilanyan, Zurab Muradyan, Cambur Ovanesyan və daha 4 nəfər qanunsuz silahlı birləşmələrin üzvü olmaq, qanunsuz silah gəzdirmək və hüquq-mühafizə orqanlarına tabe olmamaqda ittiham edilir. Onların hamısı Rustavidəki 6 saylı istintaq təcridxanasına göndərilib.
Xatırladaq ki, sentyabrın 20-də 20 nəfərə yaxın şəxsdən ibarət təxribatçı dəstə Tkvarçeli rayonunun Xocal dağları istiqamətindən Abxaziyanın Gürcüstanın nəzarətində olan yuxarı hissəsinə daxil olub. Gürcüstanın Svanetiya bölgəsini Kodor dərəsi ilə birləşdirəcək Sakeni-Çiberi yolunun tikintisi gedən ərazidə silahlı qrupla Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsi arasında toqquşma baş verib. Nəticədə iki təxribatçı öldürülüb, yeddisi yaxalanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR