Skandinaviya və Baltikyanı ölkələrin parlament sədrlərinin Gürcüstana səfəri başlayıb

Skandinaviya və Baltikyanı ölkələrin parlament sədrlərinin  Gürcüstana səfəri başlayıb
# 24 sentyabr 2007 10:44 (UTC +04:00)
Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveç parlament sədrlərinin Gürcüstana iki günlük səfəri başlayıb. Parlamentin mətbuat xidmətindən APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, səfər çərçivəsində qonaqların prezident Mixail Saakaşvili, parlamentin sədri Nino Burcanadze, baş nazir Zurab Noqaideli və digər dövlət rəsmiləri ilə görüşü gözlənilir. Səfərdə əsas məqsəd Gürcüstandakı siyasi mühitlə tanış olmaqdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR