Gürcüstan İctimai Televiziyasının binasında yanğın baş verib

Gürcüstan İctimai Televiziyasının binasında yanğın baş verib
# 25 sentyabr 2007 08:04 (UTC +04:00)
Dünən gecə Gürcüstan İctimai Televiziyasının binasında yanğın baş verib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, ilkin məlumatlarda yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verdiyi bildirilir. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər televiziyanın işçilərini binadan evakuasiya edib. Yanğın nəticəsində xəsarət alan olmayıb, İctimai Televiziyanın binasına isə ziyan dəyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR