Qəbələ RLS-ə səfər etmiş amerikalı ekspertlər Gürcüstandadır

Qəbələ RLS-ə səfər etmiş amerikalı ekspertlər Gürcüstandadır
# 25 sentyabr 2007 10:08 (UTC +04:00)
Bir neçə amerikalı mütəxəssis Batumidə Beynəlxalq Mülki Naviqasiya Təşkilatının tövsiyəsinə uyğun qurulan müasir radiolokasiya stansiyasının fəaliyyətini yoxlamaq üçün Gürcüstandadır. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, amerikalı mütəxəssislərdən biri Deniel Uilyams bildirib ki, onlar Gürcüstanla ABŞ arasında aeronaviqasiya sahəsində əməkdaşlıq imkanlarını öyrənirlər.
Qeyd edək ki, Gürcüstan hökumətinin Qara dəniz sahilində - Batumi və Poti şəhərləri arasında RLS qurmaq barədə qərarı avqustun ortalarında elan olunub. Stansiyanın fəaliyyət radiusu 450 kilometrlik sahəni əhatə edəcək. RLS Gürcüstan hava məkanına ümumi nəzarət sisteminə qoşulacaq və ölkənin ərazi suları üzərindəki uçuşlara nəzarət etməyə imkan verəcək. Layihənin dəyəri təxminən 1 milyon dollardır. Radar Fransadan alınıb. Stansiyada çalışacaq gürcü mütəxəssisləri də bu ölkədə hazırlıq keçib. Gələn il Gürcüstanın şərqində də analoji stansiya qurulacaq.
Bəzi Gürcüstan qəzetləri isə Azərbaycandakı Qəbələ RLS-in imkanlarını öyrənən amerikalı ekspertlərin Gürcüstana başqa məqsədlə gəldiyini yazıb. Onların versiyasına əsasən amerikalılar Batumi və ya onun yaxınlığında raket hücumundan müdafiə sistemi qurulmasının mümkünlüyünü araşdırır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR